Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Goranboyda 43 yaşlı kişi bıçaqlandı
Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qazanbulaq qəsəbəsində qeydə alınıb.
Kəlbəcər rayon sakini 2000-ci il təvəllüdlü İsmayıl Süleymanov Qazanbulaq qəsəbəsi ərazisində münaqişə zəminində qonşusu 1981-ci il təvəllüdlü Vahid Nağıyevə bıçaqla xəsarət yetirib.
V.Nağıyev Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
"Bıçaqlanma hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar