Goranboyda xəsarətlə nəticələnən hadisə ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Məlumatda qeyd olunub ki, martın 20-də Goranboy rayon sakini, 32 yaşlı şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
"Araşdırmalarla müəyyən edilib ki, rayon sakini, 41 yaşlı Elçin Ağalı şəxsi münasibətlər zəminində tanışına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə E.Ağalı saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Goranboyda döyülmə faktı qeydə alınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini 1994-cü il təvəllüdlü Ə.Əliyev döyülmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yeləşdirilib.
Dərhal ona yardım edilib.
Məlumata görə Ə.Əliyev qonşusu tərəfindən döyülüb. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.