Göyçay rayonunda yanğın olub.
Oxu.Az xəbər verir ki, hadisə Göyçay rayonu ərazisində qeydə alınıb.
Belə ki, "QAZel" markalı yük avtomobili qəfil yanmağa başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub və yanğın söndürülüb. Lakin buna baxmayaraq, avtomobil tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12