Sumqayıt şəhərində müşahidə olunan güclü külək fəsadlara səbəb olub.
Oxu.Az xəbər verir ki, küləyin təsiri nəticəsində elektrik dirəyi aşıb. Hadisə səbəbindən şəhərin Yaşıldərə yaşayış massivində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Hazırda ərazidə yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. Müvafiq qurumların əməkdaşları elektrik təsərrüfatında bərpa işlərini davam etdirirlər.
Təmir işləri başa çatdıqdan sonra yaşayış massivinin elektrik enerjisi ilə təminatının bərpa olunacağı gözlənilir.
İqbal Ziya