Ötən gün Göyçay rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alaraq xəstəxanaya çatdırılan sürücü həyatını itirib.
Oxu.Az xəbər verir ki, o bu gün səhər saatlarında xəstəxanada vəfat edib.
Həyatını itirən şəxs VAZ-2106 markalı 04-BL-757 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 2004-cü il təvəllüdlü Şamil Şaməddin oğlu Yusifovdur.
Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan fakt təsdiqlənib.
Qeyd olunub ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Xatırladaq ki, fevralın 22-də saat 23 radələrində Göyçay-Bərgüşad avtomobil yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Şamil Şaməddin oğlu Yusifovun idarə etdiyi VAZ-2106 markalı 04-BL-757 dövlət qeydiyyat nişanlı, 2000-ci il təvəllüdlü İlkin Elçin oğlu Həmidovun idarə etdiyi VAZ-2107 markalı 90-XX-471 dövlət qeydiyyat nişanlı və 2006-cı il təvəllüdlü Mürsəl Anar oğlu Məmmədzadənin idarə etdiyi "Toyota" markalı 90-SP-959 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuş, hadisə nəticəsində xəsarət alan sürücülərdən biri Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdı.
Əzizə İsmayılova