Göygöl rayonunda 74 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Yeni Zod kəndində baş verib.
Kənd sakini 1952-ci il təvəllüdlü Köçəri Məmmədov yaşadığı evin həyətində yıxılıb və elə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12