Milli Yaylaq Festivalında taxta konstruksiyanın aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində 1990-cı il təvəllüdlü Aytəmiz Oruci, Əli Məmmədzadə, 1998-ci il təvəllüdlü Kamran Zeynalov və 1997-ci il təvəllüdllü Vüsət Zeynalov xəsarət alıblar.
Onlar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Göygöldə keçirilən Milli Yaylaq Festivalında səhnə uçub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Milli Yaylaq Fevralının keçirildiyi Xan Yurdu adlanan ərazidə qeydə alınıb.
Səhnənin uçması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Əraziyə təcili tibbi yardım avtomobilləri cəlb edilib.