Hacıqabulda baş verən avtoqəzada 7 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumata görə, 02.01.2025-ci il tarixində Hacıqabul rayon Qədirxum ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 7 nəfər (4 kişi, 3 qadın cinsli) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlardan 4-ü azyaşıldır.
Hər birinə lazımı tibbi xidmətlər göstərilib.
Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Hacıqabulda baş verən avtoqəzada ölən və yaralananlar var.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
VAZ-2107 markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə VAZ-2107 markalı avtomobil yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb.
Qəza zamanı azyaşlı ağır yaralanıb, vəziyyəti kritikdir.
Digər dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.