Hacıqabulda yük avtomobilinin aşması ilə bağlı detallar məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə bu gün səhər saat 07:30-da Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 112-ci kilometrliyində qeydə alınıb.
Sürücü 1988-ci il təvəllüdlü Elvin Abış oğlu Əkbərova məxsus "Mercedes Actros" markalı yük avtomobili idarəetmədən çıxıb və aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda aşan yük avtomobilin arxa hissəsi yoldan götürülüb, ön hissəsinin götürülməsi ilə bağlı tədbirlər görülür. Yol açıqdır, hərəkətdə hər hansı problem yoxdur", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Hacıqabulda iri yük avtomobili aşıb.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə "Qədir-Xum" restoranının qarşısında qeydə alınıb.
Bakı istiqamətində hərəkət edən taxıl daşıyan TIR qəfil aşıb və bütün yükü yola dağılıb. Nəticədə həmin istiqamətdə tıxac yaranıb.
Hazırda yola dağılan taxılın təmizlənməsi işləri görülür.