Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kənd sakini, 2006-cı il təvəllüdlü oğlan velosipedlə həmin yolda hərəkətdə olarkən Orxan Niftəliyevin idarə etdiyi yük maşını onu vurub. Hadisə nəticəsində 19 yaşlı N.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli