Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində xəsarət alan üç nəfər (iki kişi, bir qadın) bu gün saat 00:10-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbələrdə müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir".