Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KamAZ" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.
Hadisə nəticəsində bir nəfər ölüb, Türkmənistan vətəndaşları - 1958-ci il təvəllüdlü Elbrus Tağıyev və 1957-ci il təvəllüdlü Nailya Tağıyeva xəsarətlərlə Şirvan Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12