"Sabah" komandası UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununu keçirib.
Oxu.Az xəbər verir ki, İngiltərədə "Mançester Yunayted"in qonağı olan Azərbaycan çempionu 4:0 hesabı ilə məğlub olub.
"Old Trafford" stadionunda baş tutan matçda qolları Mateus Kunya (27), Brunu Fernandeş (42), Benyamin Şeşko (45) və Lisandro Martines (68) vurublar.
Qeyd edək ki, "Sabah" oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək.
Matçın 68-ci dəqiqəsində Lisandro Martines hesabı 4:0 edir.
"Mançester Yunayted" üçüncü dəfə fərqlənib - 3:0.
Oxu.Az xəbər verir ki, Benyamin Şeşko 45-ci dəqiqədə "Sabah"ı məyus edib.
Oyunda meydan sahibləri fərqi bir qədər də artırıblar - 2:0.
Oxu.Az xəbər verir ki, Bruno Fernandes 43-cu dəqiqədə ikinci qolu komandamızın qapısından keçirib.
"Mançester Yunayted" - "Sabah" oyunununda hesab açılıb.
Oxu.Az xəbər verir ki, meydan sahibləri hesabda 1:0 önə keçiblər. 27-ci dəqiqədə Mateus Kunya fərqlənib.
"Sabah" futbol klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununa çıxır.
Oxu.Az xəbər verir ki, təmsilçimiz ilk matçda İngiltərənin "Mançester Yunayted" klubunun qonağıdır.
İngiltərənin məşhur "Old Trafford" stadionunda keçirilən qarşılaşma başlayıb.
"Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turu çərçivəsində səfərdə "Mançester Yunayted"in qonağıdır.
Oxu.Az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda meydana aşağıdakı həyətlərdə çıxacaqlar:
"Mançester Yunayted": 1. Lammens (k), 3. Mazraui, 6. Li. Martines, 8. Bruno Fernandes (k), 10. Mateus Kunya, 13. Dorqu, 15. Yoro, 18. Tilemans, 19. Mbeumo, 30. Şeşko, 37. Maynu.
Ehtiyat oyunçular: 12. Darlou, 45. Mii, 2. Dioqo Dalot, 5. Maquayr, 7. Maunt, 9. Reşford, 11. Zirkzee, 17. Andrey Santos, 26. Hiven, 31. Leysi, 39. Fletçer, 41. Amass.
Baş məşqçi: Maykl Kerrik.
"Sabah": 92. Stas Pokatilov (k), 4. Eyden Makkarti, 5. Rəhman Daşdəmirov, 7. Umarali Raxmonaliyev, 8. Kristian Nvaçukvu, 11. Kahim Parris, 13. İvan Lepiniça, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 6. Abdulax Xaybulaev, 10. Aleksey İsayev, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 33. Erivaldo Almeyda, 37. Du Keyros, 88. Rodriqo Fernandes, 89. Muxtarov, 99. Patrik Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.
"Sabah" futbol klubu bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, təmsilçimiz ilk oyununda İngiltərənin "Mançester Yunayted" klubunun qonağı olacaq.
İngiltərənin məşhur "Old Trafford" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
10 sentyabr
Saat 23:00, "Mançester Yunayted" - "Sabah".