"Gecə saatlarında "Volkswagen" markalı minik avtomobili dəmiryol keçidi ilə bağlı qaydaları pozaraq Hövsan-Yeni Suraxanı sahəsində hərəkət edən yük qatarının qarşısına çıxıb".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, maşinistin səs siqnalı verməsi və təcili tormozlama aparmasına baxmayaraq, toqquşma qaçılmaz olub:
"ADY bir daha hərəkət iştirakçılarını kritik təhlükəli zona hesab edilən dəmir yollarını keçərkən son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarının tələblərinə əməl etməyə çağırır".
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, gecə saatlarında "Volkswagen Touareg" markalı minik avtomobili ilə teplovoz toqquşub.
Xəsarət alanların olub-olmaması barədə hələ ki məlumat yoxdur.
Aqil Vəlili