Bakının Hövsan qəsəbəsində qaz borusunda yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, ötən gün gecə saatlarında qeydə alınan hadisə ilə bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, hadisə yüksəkgərginlikli elektrik xəttinin qırılması nəticəsində baş verib.

"Məsələdən məlumatlıyam. Bu, "Azəriqaz" İB-nə aidiyyəti olmayan bir məsələdir. Ərazidən keçən yüksək gərginlikli elektrik xətti qırılıb yerə düşüb və yaranan qığılcımlardan hadisə baş verib. Hadisənin qarşısı dərhal alınıb. "Azəriqaz"İB-nin boru xəttinə heç bir ziyan dəyməyib, qaz kəsilməyib", - deyə E.Vəliyev vurğulayıb.
Hadisə ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanlanıb.
Əzizə İsmayılova