Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İmişlidə dəhşətli qətl: Tələbə saxlanıldı
İmişlidə qətl hadisəsi törədilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Sarxanlı kəndində baş verib.
Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Fərid Adil oğlu Allahverdiyev həmkəndlisi, 1995-ci il təvəllüdlü Vüsal Ənvər oğlu Allahverdiyevlə kənd ərazisində olan kafedə yeyib-içən zaman onların arasında mübahisə düşüb.
Daha sonra mübahisə kafenin önündə davam edib. Bu zaman Fəridin Vüsalın boğaz nahiyəsinə bıçaqla zərbə vurduğu bildirilir.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən F.Allahverdiyevi saxlayıblar, faktla bağlı araşdırma aparılır.
Məlumata görə, F.Allahverdiyev subaydır və Lənkəran Dövlət Universitetinin II kurs tələbəsidir. Mərhumun da subay olduğu bildirilir.
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Ərlə arvad qonşunu öldürərək həyətdə basdırmaqda ittiham olunurlar
- "Bloomberg"in keçmiş meneceri ailəsi ilə birlikdə ölü tapıldı
- Abşeronda DƏHŞƏT: Gənc oğlan anasının qətlində şübhəli bilinir
- Tanınmış idmançını qətlə yetirən Orxan Hacıyev niyə azadlıqda idi?
- Azərbaycanda DƏHŞƏT: Tanınmış idmançı Ruslan Surxayevin qatili öldürüldü