Araz çayının İmişlinin Göbəktala kəndindən keçən hissəsində batan şəxsin meyiti sudan çıxarılıb.
Oxu.Az xəbər verir ki, o, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Süleyman Cahangirlinin meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
İmişlidə Araz çayının Göbəktala kəndindən keçən hissəsində 17 yaşlı şəxs batıb.
Oxu.Az xəbər verir ki, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Süleyman Cahangirli Araz çayında boğulub.
S.Cahangirlinin axtarışı üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
İlkin məlumata görə, Süleyman çayda üç nəfər ilə birgə çimirmiş. Onlardan ikisi sudan çıxsa da, Süleyman çayda boğulub.