Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İşdən çıxmasını istəyən ərini həbs etdirdi
Qubada 45 yaşlı kişi arvadının şikayəti əsasında həbsə göndərilib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, ailə üzvləri arasında mübahisə E.Kərimovun arvadından işdən çıxmasını tələb etməsi ilə başlayıb.
O, sonradan sərxoş vəziyyətdə həyat yoldaşını küçədə nalayiq sözlərlə təhqir edib.
Səs-küyə gələn polis əməkdaşları E.Kərimovu şöbəyə aparıblar. Onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.
İnzibati qaydada tutulan şəxs əməlindən peşman olduğunu dilə gətirib, yüngül tənbeh edilməsini istəyib.
Amma arvadı onu təhqir edən ərinə qarşı şikayətindən imtina etməyib. Hakimə ərinin onu dəfələrlə təhqir etdiyini deyib.
Məhkəmənin qərarı ilə E.Kərimov xırda xuliqanlıqda təqsirli bilinərək inzibati qaydada 5 günlük həbs edilib.
"Xuliqanlıq əməli" teqi üzrə xəbərlər
- Samuxda məktəb direktoru döyülüb: "Hadisə vaxtı 1000 manatlıq üzüyüm itib"
- Tarix müəllimlərinin mübahisəsi məhkəmə ilə bitdi
- Bakı sakini bir evə 1 000 nəfəri "YERLƏŞDİRDİ" - ŞOK cinayətin üstü açıldı
- Elçilik dava ilə bitdi: Oğlanı polisə verdilər
- Paytaxt sakinini bıçaqlayan sabiq diplomat hakim qarşısında