Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tarixi Muxas qülləsi niyə baxımsız qalıb?
Muxas qülləsi dağlar qoynunda, Oğuz rayonunun Muxas kəndindən şimalda Daşağıl keçidinin qarşısında yerləşir. Orta əsrlərə aid tarixi tikili 11,6 metr hündürlüyündədir.
Gözətçi məntəqəsi olduğu ehtimal edilən qüllənin bir hissəsi uçub, divarın yuxarı hissəsində çatlar əmələ gəlib.
Abidə haqqında məlumat verən tarixçi Emin Cəfərov dövlət tərəfindən qorunan qüllənin təmirə ehtiyacı olduğunu bildirib.
"Qüllə 9-cu əsrdə tikilib, 14-cü əsrə qədər istifadə edilib. Tikintisində çay daşından və kirəcdən istifadə olunub. Hazırda qüllənin görkəmi xoşagələn deyil, bəzi hissələri uçub-dağılıb. İki pəncərəsi olub ki, onlar da bərbad vəziyyətdədir", - deyə o söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində:
"Baku TV" teqi üzrə xəbərlər
- Bildirçin saxlamağı peşəyə çevirən Biləsuvar sakini: "Təsadüfən gördüm"
- "Baku TV" rekord baxış sayı ilə liderdir
- Ağdaşda baş vermiş bədbəxt hadisənin DETALLARI
- Müharibə veteranı Gülnigar Rəhimova: "Ərimlə ailə quranda başqasını sevirdim"
- Cəlilabadda bədbəxt hadisə zamanı xəsarət alan azyaşlının son vəziyyəti AÇIQLANDI
Rəylər