Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Avropada təbii qaz qiymətləri azalıb](https://images.oxu.az/2025/01/01/YMJBafF4LCbl1RvLfJbo8x7fQPpDzuECp8Q5o7EL:1200.jpg)
Avropada təbii qaz qiymətləri azalıb
Avropada orta qaz qiyməti 2024-cü ilin nəticələrinə görə 17% azalıb.
Oxu.Az-ın TASS-a istinadən bildirir ki, bu, "London ICE" birjasının məlumatlarından bəlli olub.
Birjanın məlumatına görə, 2024-cü ilin sonunda qaz qiyməti 1000 kubmetr üçün 387 dollara düşüb. Bir il əvvəl qiymət 464 dollar, 2022-ci ildə isə 1400 dollar təşkil edib.
Bununla belə, 31 dekabr 2024-cü ildə ticarət təxminən 539 dollar səviyyəsində bağlanıb ki, bu da ötən ayın sonu ilə müqayisədə 3.5% çox və 2024-cü ilin sonu ilə müqayisədə 47% yüksəkdir.
2024-cü ilin son günlərində qiymət artımı Rusiya qazının Ukrayna üzərindən Avropaya tranzitinin dayandırılması gözləntisi fonunda baş verib.