Martın 19-dan etibarən ilk dəfə Avropa birjalarında təbii qazın qiyməti 800 dollar həddini aşıb.
Oxu.Az "Trading Economics" platformasına istinadən xəbər verir ki, avqustun 21-də Niderlandın TTF mərkəzində sentyabr füçerslərinin dəyəri maksimum həddə 2.25% artaraq 1 MVt/saat üçün 66.77 avro təşkil edib. "Forex" birjasındakı mövcud məzənnə nəzərə alınmaqla bu, hər 1000 kubmetr üçün 820 dollara bərabərdir.
Qiymətlərin artması ABŞ və İran arasındakı gərginliyin Fars körfəzi ölkələrindən mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün proqnozlaşdırılmasını çətinləşdirməsi ilə əlaqədardır.
Bildirilir ki, treyderlər, həmçinin Avropanın qarşıdan gələn qış mövsümünə hazırlıq səviyyəsindən narahatdırlar. Hörmüz boğazındakı dəniz blokadası Qətərdən LNG tədarükünü ləngidib və bu da Avropanın enerji şirkətlərini əlçatan partiyalar üçün Asiyadan olan alıcılarla daha sərt rəqabətə girməyə məcbur edib.
Bundan əlavə, Avropada qeydə alınan anomal isti yay səbəbindən soyutma sistemlərinə yaranan yüksək tələbat anbarlara qazın vurulmasını məhdudlaşdırır.