İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə oktyabrın 2-si saat 01 radələrində İsmayıllı rayonunun Basqal kəndində baş verib. Kənd sakini, 17 yaşlı Ə.Şəfiyev münaqişə zəminində yaşıdı S.Bağırova bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyininin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.
Samir Əli