Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İsmayıllıda növbəti dəfə zəlzələ oldu
İsmayıllı rayonunda zəlzələ olub.
Oxu.Az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, İsmayıllı stansiyasından 46 km şimal-şərqdə, yerli vaxtla saat 07:49-da baş verən yeraltı təkanların maqnitudası 3 olub.
Zəlzələ ocağı 3 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, fevralın 27-də də İsmayıllıda 3.3 maqnitudalı zəlzələ olmuşdu. Onun ocağı 43 kilometr dərinlikdə yerləşirdi.
"Azərbaycanda zəlzələ" teqi üzrə xəbərlər
Ən çox oxunanlar