İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edən Aydan Vüsət qızı haqqında yeni təfərrüat məlum olub.
Oxu.Az xəbər verir ki, Qurbanəfəndi kəndi ərazisində baş verən qəzadə vəfat edən 35 yaşlı qadın Çinin paytaxtı Pekində magistratura təhsilini bitiribmiş.
Onun bir ay əvvəl Azərbaycana gəldiyi məlum olub.

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qurbanəfəndi kəndi ərazisində baş verib. "Toyota" və VAZ-21011 avtomobilləri toqquşub. Nəticədə "Toyota"da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Samir Əli