İsmayıllıda qeysəriyyə əməliyyatı zamanı uşağın ölü doğulma səbəbi qanaxma olub.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"İyunun 28-i saat 18:30-da 1988-ci il təvəllüdlü hamilə qadın uşaqlıq yolundan qanlı, laxtaşəkilli ifrazatla İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Aparılan müayinəyə və həyati göstərişlərə əsaslanaraq ona təcili "qeysəriyyə kəsiyi" əməliyyatı icra edilib. Klinik diaqnoza görə, 40 həftəlik hamiləlik zamanı cift vaxtından əvvəl ayrılıb, bu səbəbdən qanaxma yaranıb və döl tələf olub", - deyə məlumatda qeyd olunub.
İsmayıllıda qeysəriyyə əməliyyatı zamanı uşaq ölü doğulub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Rəvanə Əkbərova doğuş üçün xəstəxanaya müraciət edib.
Qeysəriyyə əməliyyatına alınan qadının uşağı ölü doğulub.
Aygün Mirakif