İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 15 radələrində rayonun Kürdeldarbəyli kəndi ərazisində qeydə alınıb. Gideyli kəndi istiqamətində hərəkətdə olan VAZ-2106 markalı avtomobil idarəetməni itirərək aşıb.
Qəza nəticəsində sürücü, 35 yaşlı Gideyli kənd sakini Seymur Məmmədli aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Samir Əli