Kəlbəcərdə qəzaya uğrayan yük maşınının sürücüsünün kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, "Hovo" markalı yük maşınının sürücüsünün Şəki rayon sakini, 1967-ci il təvəllüdlü Söhrab Süleymanov olduğu müəyyən edilib. Onun meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Kəlbəcərdə tikinti şirkətinə məxsus avtomobil aşıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qılıncı kəndində baş verib.
Rayon ərazisində tikinti-quruculuq işləri aparan şirkətə məxsus "Howo" markalı yük avtomobili idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Hadisə nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli