Bakının Nəsimi rayonunda küçədə keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən və özünü güllələyən Zaur Qəhrəmanovun vəziyyəti ağır olaraq qalır.
Kliniki Tibbi Mərkəzdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 9-da baş verən hadisə ilə əlaqədar Kliniki Tibb Mərkəzə hospitalizasiya olunan 1983-cü il təvəllüdlü şəxsin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
Qaynar xətt:
(055) 224 12 12