"Bu gün saat 19:30-da Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 3 nəfər (2-si kişi 1-i qadın olmaqla) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub".
Bu barədə Oxu.Az-a TƏBİB-dən bildirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, bir ailənin üç üzvü - Səmiyə Hüseynova, sürücü İlkin Hüseynov və Yusif Hüseynov xəsarət alıblar, Vüsalə Hüseynova və oğlu Uğur Hüseynov isə həlak olublar.
Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Ağsu-Kürdəmir-İmişli yolunda qeydə alınıb.
N.Əbilovun idarə etdiyi traktorla İ.Hüseynovun idarə etdiyi VAZ markalı avtomobil toqquşub.
Qəza zamanı minik avtomobilində olan iki nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Qəza ilə bağlı ərazi polis orqanında araşdırma aparılır.
Samir Əli