Lənkəranda iş adamını bıçaqlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildiriblər.
Qeyd olunur ki, əməli törətməkdə şübhəli bilinən 40 yaşlı B.Tahirov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran şəhərinin "Böyük Bazar" deyilən ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 1977-ci il təvəllüdlü Firad Həbibov bıçaqlanıb. Yaralı rayon xəstəxanasına yerləşdirilib.
Onun Lənkəranda "Pambayi" istirahət mərkəzinin müdiri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.