Lənkəranda axtarışda olan kişinin meyiti kanaldan tapılıb.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, Yuxarı Nüvədi kənd sakini 48 yaşlı Mais Əzizağa oğlu Abdullayevin cəsədi Bəllərbur kəndinin ərazisindəki kanalda aşkarlanıb.
Məlumata görə, mərhum iyulun 26-da itkin düşüb və axtarışa verilibmiş.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12