Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mark Libbidən Amerikaya getmək üçün xahiş etmək istəyən şəxs həbs olundu
Vəzifəsindən istefa vermiş ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ilə görüşmək istəyən şəxs həbs edilib.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1980-cı il təvəllüdlü Lənkəran rayon sakini K.H. icazəsi olmadan ABŞ-nin Azərbaycandakı səfirliyinin həyətinə daxil olmağa cəhd edib.
Polis əməkdaşları K.H.-yə yaxınlaşıb və ondan səfirliyin ərazisindən çıxmağı tələb ediblər. Lakin K.H. buna əməl etməyib və bu addımı saxlanılmasına səbəb olub.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
K.H. məhkəmədə ifadəsində bildirib ki, ABŞ-nin Azərbaycandakı səfirliyinin həyətinə daxil olmağa cəhd etməsinin səbəbi okeanın o tayına getmək istəyi olub:
"Səfirdən mənə ABŞ-yə getməyə kömək etməsini istəyəcəkdim".
Məhkəmənin qərarı ilə, K.H. 15 gün müddətinə inzibati qaydada həbs edilib.
"Xuliqanlıq əməli" teqi üzrə xəbərlər
- Parkda ər-arvadı döyənlərin işi: Özlərini polis kimi təqdim edib, nikah şəhadətnaməsi istəyiblər
- Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi məhkəmə qarşısına çıxarılıb
- Bakıda "TikTok"a görə qadın ofisiantı döyən restoran rəhbəri HƏBS EDİLDİ
- Azərbaycanda silahla məscidə gedən şəxs həbs edildi
- İmişlidəki qəzadan sonra xuliqanlıq hərəkətləri edən 14 nəfər həbs olunub