Masallıda səkkiz gün əvvəl vurulan piyada xəstəxanada ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə sentyabrın 18-də Masallı-Qızılağac yolunda baş verib.
Şəhər sakini, 1984-cü il təvəllüdlü Xəyal Adil oğlu Əzizov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Şıxlar kəndi ərazisindən keçərkən piyada, 1992-ci il təvəllüdlü Famil Faiq oğlu Əhmədovu vurub. Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 25-də orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Samir Əli