Abşeron rayonu Mehdiabad qəsəbəsində 60 yaşlı kişi qətlə yetirilib.
Oxu.Az-ın məlumatına görə, hadisə qəsəbə ərazisindəki "Gənclər şəhərciyi"ndə baş verib.
Həmin qəsəbədə yaşayan, 1965-ci il təvəllüdlü Maşallah Qoçəli oğlu Səfərov bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən E.Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Mehdiabadda "Gənclər şəhərciyi"ndə qətl, 60 yaşlı kişi öldürüldü
Samir Əli