Metronun "28 May" stansiyasının qarşısında piyadanı vuraraq xəsarət yetirən skuter sürücüsü hadisə yerindən yayınıb.
Oxu.Az-ın məlumatına görə, hazırda hadisə yerindən yayınan şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi və tapılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri görülür.
Metronun "28 May" stansiyasının qarşısında qadını skuter vurub.
Oxu.Az-ın məlumatına görə, qadın hadisə nəticəsində huşunu itirib.
Əraziyə dərhal təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunublar.