Bakı metropoliteninin "28 May" stansiyasında qatar yoluna düşərək həyatını itirən şəxsin kimliyi müəyyənləşib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qatar yoluna düşən şəxs Elnur İlqar oğlu Ağayevdir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, aprelin 21-də saat 20:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası 2004-cü il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktını qeydə alıb.
Şükufə Süleymanlı
Bu gün saat 20:20-də metronun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirlib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.
Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.
Hazırda "İçərişəhər-Əhmədli" istiqamətində qatarların hərəkəti bərpa olunub.
Xatırladaq ki, bu gün saat 12-də Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.