Bakı metropoliteni fəaliyyətini bərpa edib.
Bu barədə Oxu.Az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.
Qeyd edilib ki, hazırda metro stansiyalarının girişində sıxlıq müşahidə olunur.
Bakı metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək:
"Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik".
"Qara Qarayev" - "Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.

Daha çox foto burada: PhotoStock.az
"Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb".
Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
"Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir", - məlumatda deyilir.

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
İlkin məlumata əsasən, bu gün saat 12:10-da "Ulduz" - "Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov" - "Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
İlkin məlumata əsasən, 21aprel saat 12:10-da "Ulduz" - "Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.