İran nümayəndə heyətinin heç bir üzvü ABŞ ilə danışıqlar aparmaq üçün hələ İslamabada çatmayıb və ümumiyyətlə oraya uçmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
"İndiyədək İrandan İslamabada heç bir nümayəndə heyəti - nə əsas, nə köməkçi, nə ilkin, nə də ikinci dərəcəli - yola düşməyib", - deyə açıqlamada qeyd olunub.
Vurğulanır ki, kütləvi informasiya vasitələrində İran nümayəndə heyətinin hər hansı üzvünün Pakistana uçması və ya oraya çatması ilə bağlı yayılan xəbərlərin heç biri həqiqəti əks etdirmir.
Qaynar xətt:
(055) 224 12 12