Bir neçə gün əvvəl Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyevlə bağlı qərar verilib.
Oxu.Az Sportal.az-a istinadən xəbər verir ki, "Qarabağ" klubu millimizin üzvünü satışa çıxarıb.
Artıq bununla bağlı həm futbolçunun özünə, həm də menecerlərə məlumat verilib. "Qarabağ" yayda onu satmağa hazırdır.
Bu məlumatla əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq klubun mətbuat xidmətindən isə bildirilib ki, futbolçunun satışı ilə bağlı rəsmi hər hansı addım olarsa ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov nizam-intizam qaydalarını pozduqları üçün əsas heyətdən uzaqlaşdırılıblar.