Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Metronun "Sahil" stansiyasının qarşısında AVTOMOBİL YANIB
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "Audi" markalı minik avtomobilinin salonunda baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin idarəetmə lövhəsi və salonu yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Bakı şəhərində yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə metronun "Sahil" stansiyasının yaxınlığında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, metronun "Sahil" stansiyası yaxınlığında avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar, yanğın söndürülüb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova