Yasamal rayonunda su xətti partlayıb.
Oxu.Az "Milli.Az"a istinadən xəbər verir ki, Yasamal rayonu, Müstəqillik küçəsində MİDA yaşayış kompleksinin həyətində su xətlərinin partlaması nəticəsində yolu su basıb.
Nəticədə avtomobil və piyadaların hərəkəti çətinləşib. Hal-hazırda da yola su axmaqda davam edir.
Yolun hərəkət istiqamətində gölməçə əmələ gəlib.
Həmin görüntüləri təqdim edirik:
MİDA yaşayış kompleksinin həyətində su xətləri partladı - Hərəkət ÇƏTİNLƏŞDİ