Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib, piyada xəsarət alıb.
Oxu.Az "Unikal"a istinadla xəbər verir ki, KIA markalı avtomobil yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Elvin Hacızadəni vurub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.