Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün gecə saatlarında qeydə alınıb. 43 yaşlı Ramin Əhmədov aralarında yaranmış mübahisə zəminində 36 yaşlı şəhər sakini Ənvərpaşa Qasımovun qarın nahiyəsinə kəsici alətlə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli