Xaçmazda mopeddən yıxılan kişi səkkiz gün sonra ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə noyabrın 24-ü Xaçmaz rayonu Maqsudkənd kəndinin ərazisində baş verib.
Kənd sakini 48 yaşlı Həsrət Aşurov idarə etdiyi "Minsk" markalı mopeddən yıxılıb. Xəstəxanaya yerləşdirilən H.Aşurov dekabrın 2-si orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli