Neftçala rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan rayon sakini xəstəxanada dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, avtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən rayonun Kürkənd sakini, 2005-ci il təvəllüdlü Hacıbaba Əhmədli xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
Neftçala rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qəzada yaralanan iki nəfər (kişi) oktyabrın 26-da saat 22:30-da Neftçala Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, 1 nəfərin vəziyyəti stabil, digərinin isə orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Neftçala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Samid İmanov küçəsində qeydə alınıb.
Belə ki, "Khazar" markalı minik avtomobili avtobusla toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

İqbal Ziya