Neftçala şəhərində bazarda baş verən yanğın söndürülüb.
Oxu.Az bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
"Neftçala şəhərində bazar ərazisində metal və taxta konstruksiyalardan ibarət ümumi sahəsi 300 m² olan, bir dam altında tikilən obyektlərdən 3 ədəd tərəvəz satışı mağazasının yanar konstruksiyaları 100 m² sahədə yanıb.
Bildirilib ki, digər mağazalar və bazar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - məlumatda qeyd olunub.
Neftçala rayonunda bazarda yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şəhər mərkəzində yerləşən bazarda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və canlı qüvvələri cəlb olunub.
Əli Məmmədov