Dünən Oğuz rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, dünən saat 20:30-da Nihad Namiq oğlu Əlizadə BMW markalı avtomobillə yaşadığı Oğuz rayonu Padar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman maşın aşaraq yanmağa başlayıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin, 2004-cü il təvəllüdlü Ravan Asaf oğlu Mirzəyev hadisə yerində ölüb.
N.Əlizadə isə hadisədən yüngül xəsarətlərlə xilas olub.
Faktla bağı Oğuz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Qəza yerindən görüntüləri təqdim edirik: