Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralananların adları məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində sürücü, 1991-ci il təvəllüdlü - Sakit Bayram oğlu Əzizov ölüb.
Avtomobildə olan sərnişinlər - 1989-cu il təvəllüdlü Səxavət Hüseynov və 1991-ci il təvəllüdlü Röyal Qarayev xəsarət alıblar.
R. Qarayev yüngül xəsarət aldığından xəstəxanaya müraciət etməyib.
Samir Əli
Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza rayonun Böyük Söyüdlü kəndi ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobilinin aşması nəticəsində sürücü, rayonun Dəymədağlı kənd sakini, 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, 2 nəfər isə yaralanıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Əli Məmmədov