Bakı sakini küçədə bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Sabunçu qəsəbəsində baş verib.
Qəsəbə sakini Fuad Süleyman oğlu Qurbanov Sabunçu qəsəbəsi Anaşkin küçəsində tanışı Rafiq Paşa oğlu Paşayevlə mübahisə edib. Nəticədə o, R.Paşayevi bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanıb. Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Samir Əli