Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən evdə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bakının Nizami rayonunda evdə yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən evdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.